Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xarici İşlər Nazirliyinin hesablarını dağıtdılar

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidВирус-вымогатель атаковал IT-системы компаний в разных странах
Вирус-вымогатель атаковал IT-системы компаний в разных странах - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın İrandakı səfirliyinin hesablarından istifadə edən haker Macarıstanda qeydiyyatdan keçib

BAKI, 14 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin elektron poçtu güclü haker hücumuna məruz qalıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Xarici İşlər Nazirliyinin elektron poçtu genişmiqyaslı və böyük nəticələri olan haker hücumuna məruz qalıb. XİN Mərkəzi Aparatının Rusiya Federasiyası və xaricdəki bölmələrinin informasiya resurslarına haker hücumunu araşdırılarkən məlum olub ki, iyunun 29-da günün birinci yarısında mid.ru domeninin istifadəçilərinin ünvanına kütləvi göndərişlər (biz 138 halı təsbit etmişik) olub" — deyə Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, bu göndərişlər üçün Rusiyanın İrandakı səfirliyinin hesablarından istifadə olunub. Mənbənin IP-adresi Macarıstanda qeydiyyatdan keçib.

"Məktublarda sənədin, informasiya bülleteninin yüklənməsi üçün link olub. Mətbuat xidmətinin elektron ünvanı isə göndərən tərəfindən göstərilirmiş" — deyə XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, bu genişmiqyaslı haker hücumundan sonra Rusiya XİN öz internet resurslarının qorunması üçün əlavə tədbirlər görüb.

Xəbər lenti
0