BAKI, 13 iyul — Sputnik. Rusiyalı müxalif lider Boris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub. Sputnik xəbər verir ki, Moskva Dairə Hərbi Məhkəməsinin hakimi cinayətdə əsas rolu alan
Zaur Dadayevə 20 il iş kəsib. Digər şübhəlilər — Anzor Qubaşev 19 il, Şahid Qubaşev 16 il, Tamerlan Əsgərxanov 14 il, Həmzət Baxayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində öldürülüb.