Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin avtomobilindəki müəmma çözüldü

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdə yayılan video ilə bağlı sorğu-sual o həddə çatıb ki, axırda bütün bu suallara prezidentin mətbuat katibi Dmitri Peskov son qoymaq məcburiyyətində qalıb

BAKI, 13 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin, "Əziz Sergey" və "Herman" monastırlarının qalıqlarını görmək üçün ölkənin şimalındakı Valaam monastırını ziyarət edib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, Putin sözügedən məbədə gələrkən avtomobili özü sürüb.

Monastıra çatarkən maraqlı bir an yaşanıb. Prezident maşından düşdükdən sonra, arxa qapını açaraq, üzü görülməyən, qırmızı çantalı bir nəfərdən nə isə istəyib. Həmin şəxs isə Putinə əli ilə mühafizəçini göstərərək, prezidentin axtardığı şeyin özündə olmadığını bildirib.

Sosial şəbəkələrdə sürətlə yayılan video, Putinin monastıra kim ilə getdiyi marağına səbəb olub. Çoxlarına görə, prezident ora qırmızı geyimli qadınla gedib. Bəzi internet istifadəçiləri isə daha da irəli gedərək, Vladimir Putinin monastıra "Game of Thrones" filmindəki qırmızı qadın Melisandra ilə getdiyini irəli sürüb.

Sosial şəbəkələrdə yayılan video ilə bağlı sorğu-sual o həddə çatıb ki, axırda bütün bu suallara prezidentin mətbuat katibi Dmitri Peskov son qoymaq məcburiyyətində qalıb. O, Vladimir Putinin avtomobilin arxa qapısını açaraq mühafizəçisindən pencəyini istədiyini söyləyib.

Beləliklə aydın olub ki, Putinin idarə etdiyi avtomobilin arxa qoltuğunda əyləşən şəxs onun mühafizəçisi, prezidentin axtardığı şey isə pencək olub.

Xəbər lenti
0