BAKI, 12 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyinin xətti ilə Suriyaya gedərək, Bəşər Əsəd ordusuna yardım edən hərbi müşavir Nikolay Afanasov, müxaliflər tərəfindən öldürülüb. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.
Hadisə, Azad Suriya Ordusunun Hama şəhərinə qəfil hücum etməsi nəticəsində yaşanıb. Qeyd edək ki, Nikolay Afanasov, Suriya quru qoşunlarına təlim keçmək üçün bölgəyə getmişdi.