BAKI, 11 iyul — Sputnik. Vaşinqtonda Rusiyaya aid diplomatik mülkiyyətin ABŞ tərəfindən müsadirəsinə Rusiya oxşar addımla cavab verməyə hazırlaşır. Bu barədə Rusiyanın Xarici İşlər nazirliyi məlumat yayıb.
Sputnik xəbər verir ki, Kremlin qərarı ilə Rusiyadakı ABŞ mülkiyyətinə həbs qoyulması və 30 amerikalı diplomatın ölkədən çıxarılması planlaşdırılır.
Xatırladaq ki, ötən ilin sonunda Barak Obama administrasiyası Rusiyanın Amerikadakı səfirliyinin 35 diplomatının ölkədən çıxarılması və rus diplomatlara məxsus mülklərə girişin qadağa olunması haqda sərəncam imzalamışdı. O zaman rəsmi Kreml, “mətbəx” diplomatiyası səviyyəsinə enmək istəmədiyini bildirərək, amerikalı diplomatlara toxunmamışdı.