BAKI, 11 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres, ABŞ, Rusiya və İordaniya tərəfindən Suriyanın cənub-qərbində atəşkəs üçün razılığın təmin olunmasını müsbət qarşılayıb. Bu barədə Sputnik Türkiyə xəbər yayıb.
"Bu razılaşma, BMT Təhlükəsizlik Şurasının tam dəstək verdiyi, əhatəli, ölkə səviyyəsində şiddəti azaltmaq və humanitar yardımları artırmaq üçün atılmış çox vacib bir addımdır" — Quterres bildirib.
Baş katib həmçinin dünya dövlətlərinə səslənərək, suriyalıların öz ölkələrinə qayıdanadək başqa ölkələrə etdikləri sığınma tələblərinə müsbət yanaşmalarını istəyib.