BAKI, 8 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin, fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel Hamburqda keçirilən "Böyük İyirmilik" sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər
Sputnik xəbər verir ki, görüş “Atlantic” otelində səhər yeməyi formatında baş tutub. İşgüzar xarakterli görüşdə, Ukrayna böhranı müzakirə olunub. Bu barədə Putinin müşaviri Yuri Uşakov məlumat verib.
Liderlər Ukraynadakı münaqişənin həlli yollarını müzakirə ediblər.