BAKI, 8 iyul — Sputnik. Almaniyanın Hamburq şəhərində davam edən G-20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Sputnik Türkiyə xəbər verir ki, liderlərin "Messe" Konfrans salonunda reallaşan görüşünə, Türkiyə tərəfdən Baş nazirin köməkçisi Mehmet Şimşek, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan və Ərdoğanın sözçüsü İbrahim Kalın da qatılıb.
Görüşdə Suriya və Ukrayna məsələlərinin müzakirə olunacağı bildirilir.