BAKI, 7 iyul — Sputnik. Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Görüşdə ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edirlər. Prezidentlərin Suriya problemi, beynəlxalq terrorizmlə mübarizə, Ukraynadakı münaqişə və Şimali Koreya problemi ilə bağl ıfikir mübadiləsi aparacağı gözlənilir.