BAKI, 7 iyul — Sputnik. Bu gün Almaniyanın Hamburq şəhərində "Böyük İyirmilik" (G20) sammiti öz işinə başlayır. Diqqətlər isə daha çox Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşünə yönəlib.
Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, ev sahibi Almaniyanın kansleri Angela Merkel, Amerika və Rusiya prezidentlərinin görüşündə vasitəçi qismində iştirak etməyəcəyini bildirib. Merkel nəyə görə bu addımı atmasını da izah edib.
"Tramp-Putin görüşündə əsas müzakirə mövzularından biri Ukraynadakı böhrandır. Görüşdə, ABŞ və Rusiya prezidentlərinin şəxsi yanaşmaları masaya yatırılacaq. Ancaq bizim özümüzün konkret mövqeyimiz var. Bu məsələdə biz Normand formatında çalışırıq. Mən vəzifəmi vasitəçilikdə görmürəm, problemin həllinə töhfə verməyə çalışıram" — Merkel qeyd edib.