BAKI, 6 iyul — Sputnik. Moskvada XVII milli "Rusiyanın media meneceri" mükafatları sahiblərinə təqdim olunub. Bu barədə RİA Novosti məlumat verir.
Təşkilatçıların məlumatına görə, sözügedən mükafat müasir mediabiznes sahəsində ən nüfuzlu və peşəkar mükafatlardan sayılır. 2017-ci ildə müxtəlif şirkətlərin 90-dan artıq ən yaxşı top-menecerləri mükafatlandırılıblar. 4 turda keçirilən səsvermə zamanı nominantları ictimai təşkilatların nümayəndələri, ekspert şurasının, münsiflər heyətinin və mükafatın hamilər şurasının üzvləri qiymətləndiriblər.
Müsabiqənin yekunlarına əsasən, "Rossiya seqodnya" BİA-nın baş direktorunun müavini Andrey Blaqodırenko Rusiyadan kənarda rusdilli KİV-in inkişafında misilsiz xidmətlərə görə mükafat alıb, agentliyin fotoxidmətinin rəhbəri Aleksandr Ştol isə fotojuranlistikada yeni trendlərin yaradılmasına görə mükafatlandırılaraq informasiya agentlikləri arasında "ən yaxşı" adını qazanıb.
"Peşəkarların bizim yaxın xaric və Baltika ölkələrindəki uğurlarımızı görməsi və qiymətləndirməsi çox xoşdur. Bizim layihənin başlamasından keçən iki il yarım müddət ərzində 10 multimedia redaksiya mərkəzi öz işinə başlayıb. Onlar hər gün öz dillərində və rus dilində xəbərlər buraxırlar. Bu qısa müddət ərzində Sputnik MDB və Baltikanın 11 ölkəsində onlayn-media sahəsidə liderlər sırasına çıxıb" — deyə Andrey Blaqodırenko bildirib.
Aleksandr Ştol da mükafata görə təşəkkürünü bildirib: "Mənim üçün bu mükafat çox əhəmiyyətlidir. Çünki müxtəlif dövrlərdə Rusiyanın nüfuzlu media ekspertləri və aparıcı KİV-in rəhbərləri bu mükafata sahib olublar".
"Rossiya seqodnya" BİA-ya RİA Novosti, R-Sport, RİA Nedvijimost, RİA Reytinq, Praym, İnoSMİ daxildir.