QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi Alxanlı hadisəsinin təfərrüatlarını açıqladı

Abunə olmaq
Vaqif Dərgahlı: "Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var"

BAKI, 5 iyul — Sputnik. "Ötən gün Alxanlı kəndi istiqamətində atəşkəs rejimi pozulub. Düşmən 82 və 120 mm-lik minaatan və qumbaraatanlardan istifadə etməklə, Silahlı Qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Bu təxribat nəticəsində 2 nəfər həlak olub, bir nəfər yaralanıb. Yaralı hospitala çatdırılıb, onu xilas etmək mümkün olub. Hazırda həyatı üçün təhlükə yoxdur. Daha sonra düşmənin atəş nöqtələri cavab atəşi ilə susdurulub".

Baş Prokurorluq - Sputnik Azərbaycan
QARABAĞ
Cəbhədə baş vermiş dəhşətli olayla bağlı cinayət işi açılıb

Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bu haqda açıqlama verib. V. Dərgahlı bildirib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir: "Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal dünya ictimaiyyətini aldadaraq yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik".

"Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Düşmən hər vəchlə yalan məlumatlardan istifadə etməklə təxribat törədir. Dünən isə bu silahdan ümumiyyətlə istifadə olunmayıb. Dünən baş verən hadisə bir daha göstərir ki, ötən ilin aprelində Azərbaycan tərəfindən əməliyyatlar cavab addımı olaraq həyata keçirilmişdi" — nazirlik sözçüsü vurğulayıb.

O, qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb: "İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir".

Xəbər lenti
0