QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İki yaşlı qızını torpağa tapşıran ata: "Silaha sarılmaq istəyirəm"

© Sputnik / Ramil Ibrahimovİki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan dövləti bu qəddarlığı cavabsız qoymayacaq"

Ramil İbrahimov Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Ötən gün təmas xətti yaxınlığında yerləşən Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması nəticəsində dünyasını dəyişən, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva bu gün kənd qəbiristanlığında dəf olunub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Quliyevlər ailəsinin yaxınları ilə yanaşı, rayon rəhbərliyi və yüzlərlə Füzuli sakini iştirak edib.

© Sputnik / Ramil IbrahimovZəhranın atası Elnur Quliyev
Zəhranın atası Elnur Quliyev - Sputnik Azərbaycan
Zəhranın atası Elnur Quliyev

Övladını torpağa tapşıran Elnur Quliyev tək arzusunun körpə qızının qanının yerdə qalmaması olduğunu, bunun üçün özünün də silaha sarılmaq istədiyini deyib. Dəfndə iştirak edən rayon rəsmiləri Ermənistan tərəfinin dinc əhaliyə qarşı törətdiyi bu qəddarlığı Azərbaycan dövlətinin cavabsız qoymayacağını, beynəlxalq qurumların da buna ədalətli qiymət verməsinin lazım gəldiyini deyiblər.

© Sputnik / Ramil Ibrahimovİki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi - Sputnik Azərbaycan
1/3
İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
© Sputnik / Ramil IbrahimovSahibə Quliyevanın dəfn mərasimi
Sahibə Quliyevanın dəfn mərasimi - Sputnik Azərbaycan
2/3
Sahibə Quliyevanın dəfn mərasimi
© Sputnik / Ramil IbrahimovSahibə Quliyevanın dəfni
Sahibə Quliyevanın dəfni - Sputnik Azərbaycan
3/3
Sahibə Quliyevanın dəfni
1/3
İki yaşlı Zəhra Qulyevanın dəfn mərasimi
2/3
Sahibə Quliyevanın dəfn mərasimi
3/3
Sahibə Quliyevanın dəfni

Artıq insidentin baş verdiyi əraziyə ATƏT və BQXK-nin əməkdaşları da baş çəkiblər. Xatırladaq ki, Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva, ötən gün düşmən tərəfin artilleriya silahlarından atdığı mərmilərdən birinin həyətyanı sahədə partlaması nəticəsində həlak olublar. Qəlpə yarası alan 52 yaşlı Sərfinaz Quliyeva isə hospitala yerləşdirilib.

Xəbər lenti
0