"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İB-nin də məqsədi medianın bu istiqamətdəki fəaliyyəti ilə bağlı müzakirələr aparmaqdır. Bir sıra yerli TV-lər Azərbaycanın milli-mənəvi dəyərləri ilə bağlı verilişlərdə işğal olunmuş ərazilərdən didərgin düşən köçkünlərin adət-ənənələrinə xüsusi yer ayırmalıdırlar. Yeri gəlmişkən, işğal olunmuş ərazilərdən olan köçkünlər bəzi adət-ənənələri yaşatmaqdadırlar, lakin bunun da qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi əsasdır.
Milli dəyərlərin qorunmasında, unudulmamasında və hətta yaşadılmasında medianın xüsusi rolu var.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirdə müzakirələr bu istiqamətdə olunub.