Son aylarda Azərbaycanın xarici siyasətinə təsir göstərən bir sıra səfərlər həyata keçirilib. Onlardan ölkə prezidenti İlham Əliyevin Ər-Riyad və Varşavaya, həmçinin Moldova prezidentinin Bakıya səfərləri xüsusi diqqət cəlb edir.
Bu səfərlər Yaxın Şərq və Şərqi Avropadakı ağır proseslərin fonunda Azərbaycanın xarici siyasətinə necə təsir göstərəcək? Bu barədə iyulun 5-də, saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" politoloqlar klubunun 53-cü iclasında ətraflı bəhs ediləcək.
Tədbirdə bu politoloqlar iştirak edəcəklər:
- Fikrət Sadıxov
- Rasim Ağayev
- Tofiq Abbasov
- İlqar Vəlizadə (moderator)
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.