BAKI, 2 iyul — Sputnik. Rusiyanın Tatarıstan Respublikasında avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində 13 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Bu barədə "RİA Novosti"yə müvafiq qurumlardakı mənbə bildirib.
Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.