BAKI, 30 iyun — Sputnik. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant H.R.McMaster ABŞ prezidenti Donald Trampın 7-8 iyulda Almaniyanın Hamburq şəhərində təşkil ediləcək G-20 Zirvəsi çərçivəsində Rusiyanın prezidenti Vladimir Putin ilə görüşəcəyini bildirib.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında McMaster Trampın gələcək həftə Avropaya edəcəyi səfərlə bağlı açıqlamalar verib.
McMaster bu səfər çərçivəsində Tramp ilə Putinin bir araya gələcəyini təsdiq edərək, "Spesifik bir gündəm yoxdur. Həqiqətən, tamamilə prezidentin istədiyini danışacağı bir toplantı olacaq" deyib.
Gələcək həftə Hamburq şəhərində keçiriləcək olan G-20 sammitində iştirak etmək üçün Almaniyaya gedəcək Trampın Almaniya Baş naziri Angela Merkel və Meksika prezidenti Enrique Pena Nieto ilə də görüşəcəyi bildirilib.