BAKI, 30 iyun — Sputnik. Rusiya Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini 2018-ci il dekabrın 31-dək uzadıb. Bu barədə prezident Vladimir Putin qərar verib.
Sputnik xəbər verir ki, dövlət başçısının sərəncamı Kremlin rəsmi saytında yerləşdirilib. Sanksiyaların Rusiyanın milli maraqlarının qoruması məqsədilə uzadıldığı bildirilir.
Xatırladaq ki, 2 gün əvvəl Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzatmışdı.