BAKI, 29 iyun — Sputnik. Moskva Dairə hərbi məhkəməsində andlılar çeçen əsilli Zaur Dadayevin müxalifətçi Boris Nemsovun qətlində müqəssir olması barədə qərar veriblər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən məlumat verir.
Andlılar Dadayevə qarşı mərhəmətin mümkün olmadığını bildiriblər. Həmçinin onlar digər müttəhimlər — Həmzət Baxayev, Temirlan Askerxanov, Anzor və Şadid Qubaşevlərin təqsirli olması barədə qərar veriblər.
Məhkəmə davam edir.
Rusiyanın eks-baş nazirinin müavini Boris Nemsov 2015-ci il fevralın 28-də Moskvanın mərkəzində güllələnib.