QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağla bağlı gecikmiş formal qərar

© Sputnik / Tsagareli / Mediabanka keçidXankəndinin mərkəzi meydanında hərbi texnika, 1 iyun 1989-cu il
Xankəndinin mərkəzi meydanında hərbi texnika, 1 iyun 1989-cu il - Sputnik Azərbaycan
Abunə olmaq
Vaxtı keçmiş bu cür formal qərarlarla Ermənistanın Azərbaycana qarşı təhdid siyasətini önləmək mümkün deyildi

BAKI, 29 iyun — Sputnik. 1990-cı il iyunun 29-da Azərbaycan SSR Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan SSR-in suveren hüquqlarının bərpa edilməsi və vilayətin sosial-iqtisadi inkişafı üzrə tədbirlər haqqında” qərar qəbul edib.

Lakin artıq vaxtı keçmiş bu cür formal qərarlarla erməni qüvvələrin Qarabağdakı aqressiv hərəkətlərini, Ermənistanın Azərbaycana qarşı təhdid siyasətini önləmək mümkün deyildi.

Qərardan iki həftə sonra (11 iyul 1990) erməni quldur dəstələrinin növbəti terror basqını nəticəsində Tərtər-Kəlbəcər sərnişin avtobusu partlatdılmış, 14 azərbaycanlı öldürülmüş, 35 nəfər yaralanmışdı.

Xəbər lenti
0