BAKI, 28 iyun — Sputnik. Türkiyədə otellərin birində rus turistlərə qəribə cərimə tərtib edilib. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir.
Belə ki, otellərin birində “boşqabında yemək saxlayan turistə 10 dollar cərimə” tətbiq edilib. Bu addım turistlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar bunu rus turistlərə Türkiyədə dəyər verilməməsi ilə izah ediblər.
Bu addımın atılmasına səbəb Türkiyədə “hərşey daxil” otellərin çoxunda turistlərin tamahkarlıqdan yeyə biləcəklərindən çox yemək götürməkləridir.