BAKI, 27 iyun — Sputnik. Rusiya paytaxtında erməni iş adamı güllələnib.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə Vereyski küçəsində baş verib. 57 yaşlı Vaçik Abqaryan öz ofisinin qarşısında atəşə tutulub. Sinəsindən yaralanan iş adamı xəstəxanaya yerləşdirilib. Həkimlər onun kliniki ölüm keçirdiyini bildiriblər.
Abqaryan Rusiya paytaxtında tikinti şirkətlərindən birinə rəhbərlik edib.