QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Baş nazir: "Münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pavel Filip Avropa Şurasını münaqişənin həlli istiqamətində səylərini daha da gücləndirməyə çağırıb

BAKI, 26 iyun — Sputnik. Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.

"Report" xəbər verir ki, bunu Moldovanın baş naziri Pavel Filip Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.

Münaqişələrin ölkələrin inkişafına mənfi təsir göstərdiyini bildirən baş nazir, Avropa Şurasını onların həlli istiqamətində səylərini daha da gücləndirməyə, bu istiqamətdə dialoqlar təşkil etməyə çağırıb.

Pavel Filip Gürcüstan və Ukraynadakı münaqişələrlə yanaşı Dağlıq Qarabağ probleminə də toxunaraq bu münaqişələri dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll etməyin vacibliyini sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər lenti
0