QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan səhiyyəsi Qarabağ əlillərinə necə xidmət göstərir?

© Sputnik / Igor Russak / Mediabanka keçidСтудия международного информационного агентства и радио Sputnik в "ЭкспоФоруме", фото из архива
Студия международного информационного агентства и радио Sputnik в ЭкспоФоруме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Vətən Müharibəsi Əlilləri” birliyinin sədri hesab edir ki, müharibə əlillərinə və şəhidlərə olan münasibət vətənə olan bir münasibətdir

Firudin Məmmədov: “Qazilər vətənin bir parçası, şəhidlər isə vətən torpağıdır”
Azərbaycanda müharibə əlillərinə və şəhid ailələrinə göstərilən qayğı dövlətimizin diqqətindən ibarətdir. Bunu Sputnik Azərbaycana “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına səmimi xidmət göstərən yüzlərlə həkim var: “Əməliyyatlar və müalicələr var ki, özəl klinikalarda onların xərcləri 10-15 min manat təşkil edir, amma bizim xahişimizlə onları müharibədə iştirak edən şəxslərə və veteranlara tam təmənnasız həyata keçirirlər”.

“Əslində müharibə əlillərinə və şəhidlərə olan münasibət vətənə olan bir münasibətdir. Qarabağ qazilərinin bədənlərinin bir hissəsi artıq vətənin torpağına çevrilib. Məsələn, ayağını müharibədə itirmiş insanın o itirilmiş ayağının artıq torpağa çevrildiyi hamıya məlumdur. Deməli, qazilər əslində vətənin bir parçası, bir hissəsidir. Şəhidlərimiz isə tam vətənləşmiş vətən torpağıdır. Qazilərə və şəhidlərə olan hörmət isə əslində vətənə olan hörmətdir” — deyə Firudin Məmmədov bildirib.

Xəbər lenti
0