Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Aralıq dənizindəki raketlərini işə saldı

© Photo : RF Müdafiə NazirliyiSuriyadakı İŞİD obyektlərinə zərbə
Suriyadakı İŞİD obyektlərinə zərbə - Sputnik Azərbaycan
Abunə olmaq
Raket zərbələri nəticəsində İŞİD-in idarəetmə məntəqələri, silah anbarları məhv edilib

BAKI, 23 iyun — Sputnik. Rusiya Aralıq dənizindəki döyüş gəmisindən İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə raket zərbələri endirib. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində İŞİD-in Hama əyalətində idarəetmə məntəqələri, silah anbarları məhv edilib.

Dəməşq rejiminin ən böyük dəstəkçisi olan Rusiya, Türkiyə ilə birlikdə atəşkəs elan edilməsinin təşkilatçısı olub. Türkiyənin Prezident Administrasiyasından dünən verilən açıqlamada bildirilir ki, Suriyanın şimal-qərbində yerləşən İdlibdə Türkiyə və Rusiya hərbçiləri birlikdə əməliyyat həyata keçirəcəklər.

Xəbər lenti
0