BAKI, 22 iyun — Sputnik. "ATƏT-in Minsk qrupunun həmsdrlərinin bəyanatında, həmçinin Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub".
Sputnik Azərbaycan xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir.
Bu yaxınlarda baş tutan Rusiya və Fransa xarici işlər nazirlərinin — Sergey Lavrov və Jan-İv Le Drianın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməməsi sualına cavab olaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi bu məsələnin ətraflı müzakirə olunmadığını bildirib.