BAKI, 22 iyun — Sputnik. Rusiyanın "Roskomnadzor" qurumu giriş qadağan olunmuş saytlar siyahısına Google axtarış sisteminin Rusiya versiyasını — www.google.ru-nu daxil edib. Sputnik Azərbaycan Vesti-yə istinadən bu barədə məlumat verir.
Qərar iyunun 14-də Federal Vergi xidmətinin tələbi ilə qəbul edilib. Qadağa isə bu gündən tətbiq olunmağa başlayıb. Federal Vergi xidmətinin tələbinin nə ilə bağlı olduğu aydın deyil.
"Roskomnadzor" və Google-un nümayəndələri vəziyyətə bir müddətdən sonra izahat gətirəcəklərinə söz veriblər. Amma qadağa tam işləmir. Rusiya mətbuatının məlumatına görə, bəzi provayderlərin köməyi ilə internetə daxil olduqda Google axtarış sistemi açılır.