BAKI, 21 iyun — Sputnik. İyunun 22-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövsuzunda beynəlxalq ictimai forum keçiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a Beynəlxalq münasibətlərin araşdırılma mərkəzindən məlumat verilib.
Forumda xarici ölkə səfirlikləri və səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Prezident Adminstrasiyası, Xarici işlər Nazirliyi təmsilçilərinin, KİV və QHT rəhbərləri, tanınmış ekspertlərin məruzə və çıxışları olacaq.