BAKI, 21 iyun — Sputnik. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Zaqafqaziya Xüsusi komitəsinin qərarı ilə formalaşmış Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlanmağa başlayıb. Bu qərar müstəqil Azərbaycanın silahlı qüvvələrinin yaradılması üçün hüquqi əsas idi.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edilib.
İyunun 23-də 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində Azərbaycan ordusunun formalaşmasına həsr olunmuş tarixçi və tədqiqatçılarla görüş keçiriləcək.
Tədbirdə iştirak edəcəklər:
Natiq Məmmədzadə, AMEA Bakıxanov adına Tarix institutunun şöbə müdiri, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru;
Əli Hacızadə, tarixçi, "Böyük Yaxın Şərq" layihəsinin rəhbəri;
Fərid Murğuzov, Azərbaycan ordusu tarixinin tədqiqatçısı.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə.