BAKI, 17 iyun — Sputnik. Cari il il mayın 29-da Moskvada baş vermiş qasırğa nəticəsində xəsarət alanlardan daha biri xəstəxanada dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, ağır vəziyyətdə olan kişi bu gün vəfat edib.
Həkimlər onun həyatını qurtara bilməyiblər. Bununla da Moskva qasırğasının qurbanlarının sayı 17-yə çatıb.
Qeyd edək ki, hazırda xəstəxanalarda 8 zərərçəkmiş müalicə edilir. Onlardan 3-ü kişi, 4-ü qadın və biri üçyaşlı uşaqdır. Onlardan birinin də vəziyyəti ağır qiymətləndirilir. Paytaxtın Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripunun verdiyi məlumata görə, qasırğadan sonra tibbi yardım üçün 170 nəfər müraciət edib, onlardam 146-sı xəstəxanaya yerləşdirilib