Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan vətəndaşları Rusiyada qəzaya düşdülər: 10 nəfər yaralandı

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАвтомобиль "Скорой медицинской помощи", фото из архива
Автомобиль Скорой медицинской помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Komsomolskiy - Artezian" avtoyolunda Nijni Novqoroddan Bakıya gedən mikroavtobus aşıb

BAKI, 16 iyun — Sputnik. İçərisində Azərbaycan vətəndaşları olan avtobus Rusiyanın Kalmıkiya respublikasının Çernozemelsk rayonu ərazisində ağır qəzaya uğrayıb. Rusiya mətbuatının məlumatına əsasən, hadisə nəticəsində 10 nəfər yaralanıb. Yaralananların arasında uşaqlar da var.

Məlumata görə, "Komsomolskiy — Artezian" avtoyolunda Nijni Novqoroddan Bakıya gedən mikroavtobus aşıb.

Avtobusda 10-dan artıq Azərbaycan vətəndaşı olub. Hadisənin təfərrüatları aydınlaşdırılır.

Xəbər lenti
0