Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeniyetmə qız plastik əməliyyat zamanı ölüb

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidƏməliyyat, arxiv şəkli
Əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prosedur tətbiq olunan zaman pasient əməliyyat stolundaca ölüb

BAKI, 15 iyun — Sputnik. Həddi-buluğa çatmayan qız plastik əməliyyat zamanı ölüb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Moskvanın özəl xəstəxanalarından birində baş verib.

Bu barədə İstintaq Komitəsinin Moskva rəhbərinin köməkçisi Yuliya İvanova məlumat verib.

İyunun 13-də Miçurin prospektində yerləşən klinikada 17 yaşlı qızın travma nəticəsində deformasiyaya uğramış üz çənə sümüyünün estetik cərrahiyyə əməliyyatı edilib.

Prosedur tətbiq olunan zaman pasient əməliyyat stolundaca ölüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin "Təhlükəsizlik tədbirlərinə cavab verməyən xidmət nəticəsində ehtiyatsızlıqdan adam ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0