BAKI, 15 iyun — Sputnik. Unutmaq lazım deyil ki, hər şeyi seçicilər həll etməlidir.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt"də onun varisinin kim olacağı barədə suala cavabında deyib.
"Birbaşa xətt"in sonunda prezident ona yazılan sualları özü seçərək cavablandırıb. O, özündən sonra kimi öz yerinə qoymağı planlaşdırdığı barədə suala cavabında deyib:
"Birincisi, mən hələ işləyirəm, ikincisi demək istəyirəm ki, bunu seçicilər, Rusiya xalqı müəyyənləşdirməlidir".
"Əlbəttə mən nə vaxtsa müəyyən edəcəm və bunu deməkdə də yanlış bir şey görmürəm ki, mənim istədiyim adam hər necə olsa, formalaşacaq. Amma əlbəttə, yekunda biz unutmamalıyıq ki, yalnız seçici, Rusiya vətəndaşları kimin regionları, konkret rayonları, şəhərləri, vilayətləri və ölkəni idarə edəcəyini müəyyən etməlidir" — deyə o, vurğulayıb.
Bu il sayca 15-ci "Vladimir Putinlə birbaşa xətt" reallaşıb. Xalqla ilk belə canlı ünsiyyət 2001-ci ildə olmuşdu.