BAKI, 15 iyun — Sputnik. Rusiya və Fransa XİN başçıları Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəkləri istisna olunmur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Bir sıra beynəlxalq problemlərin müzakirəsi zamanı bu məsələnin də gündəmə gəlməsini istisna etmirik. Biz fransız həmkarlarımızla bu məsələ barəsində də dialoq içərisindəyik" — Zaxarova deyib.
Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib ki, Dağlıq Qarabağ probleminin həllinə yalnız tamamilə əks mövqelər arasında kompromis əldə etməklə nail olmaq olar.