BAKI, 13 iyun — Sputnik. Azərbaycan MDB ölkələri içərisində Rusiyadan gəlmiş turistlərin sayına görə liderdir.
Turstat Agentliyi 2017-ci ilin 3 ayı ərzində Rusiyadan getmə turizminin statistikasını təhlil edib.
Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında birinci yerdədir və bu dəfə Gürcüstanı qabaqlaya bilib.
Turstat-ın məlumatına görə, ilin 3 ayı ərzində Rusiyadan turist səfərlərinin sayı 6,7 milyonadək artıb. Ötən ilin analoji dövründə bu rəqəm 5,4 milyon olub.
Rusiyalı turistlərin getdikləri yerlərin arasında Azərbaycan (139 min səfər, 2016-cı ilin analoji dövrü ilə müqayisədə +31%) və Gürcüstan (135 min, +27%) ön yerlərdədirlər.
Türkiyə (138 min, +116%), Vyetnam (150 min, +65%), BƏƏ (210 min, +57%) və Tailand (381 min, +35%) rusiyalı turistlərin çimərlik turizmi üçün ən çox səfər etdikləri yerlərdir.
Ümumilikdə isə ilk üç yeri Finlandiya, Qazaxıstan və Çin tuturlar.