BAKI, 12 iyun — Sputnik. Rusiya Turoperatorlar Assosiasiyası (RTA) rusların həftəsonu ilə 12 İyun — Rusiya Günü Bayramını birləşdirərək tətil üçün Türkiyəyə üstünlük verdiklərini açıqlayıb.
Sputnik Türkiyə xəbər verir ki, RTA rus turistlərin Rusiya Gününü birmənalı şəkildə Türkiyədə qeyd etməyə üstünlük verdiklərini bildirib.
"İyun ayı üçün ən populyar tətil yerləri sıralamasında Türkiyə liderdir" — deyə RTA-nın məlumatında bildirilir.
Məlumatda 10-12 iyunda rus turistlərin yüzdə 32%-nin Türkiyədə tətil üçün öncədən sifariş etdiyi bildirilib.
Tətil üçün Türkiyəni seçən ölkələr arasında Rusiyanı yüzdə 19%-lə Yunanıstan izləyir.
12 İyun — Rusiya Günü, Rusiya Federasiyasının Dövlət bayramı olaraq RSFSR parlamentinin 1992-ci ildə Dövlət Suverenliyi haqqında Bəyənnaməni qəbul etdiyi vaxtdan etibarən qeyd olunur.