BAKI, 10 iyun — Sputnik. Azərbaycan Miniatür kitablar muzeyinin direktoru Zərifə Salahova Rusiyanın Birinci kanalında yayımlanan populyar "Möcüzələr meydanı" (Pole çudes) oyununun iştirakçısı olub.
Salahovanın Sputnik Azərbaycan-a bildirdiyinə görə, o, aparıcı Leonid Yakuboviçə özünün müəllifi olduğu miniatür kitabları bağışlayıb.
Zərifə Salahova əlavə edib ki, Ginnessin Rekordlar Kitabına düşən bu kolleksiyanın 2017-ci ilin noyabrında 30 yaşı tamam olacaq. Yakuboviç öz növbəsində Zərifə Salahovanın özünü Azərbaycanın milli sərvəti adlandırıb.
"Möcüzələr meydanı" proqramı 1990-cı ildən efirdədir və keçmiş SSRİ məkanında ən populyar verilişlərdən sayılır.