Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı biznesmenin diri-diri basdırılmasının təfərrüatları

© pixabay / Die_SonjaQuyu, arxiv şəkli
Quyu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı borcunu geri almaq üçün kriminal avtoritetə müraciət edib. Avtoritet isə sahibkarı döyüb, oğurlayıb və Lüberetsk qəbiristanlığı yaxınlığında diri-diri basdırıb.

BAKI, 9 iyun — Sputnik. Moskvada 41 yaşlı azərbaycanlı biznesmen Hikmət Salayevin oğurlanmasını və Lüberetsk qəbiristanlığı yaxınlığında diri-diri basdırılmasını sifariş edən şəxs tutulub.

Məlum olub ki, cinayətin təşkilatçısı azərbaycanlı Hafiz Novruzovdur.

Bu barədə Sputnik Azərbaycan-a Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hazırda cinayətin iştirakçıları axtarılır. Novruzova gəlincə, o, Salayevin biznes tərəfdaşı olub.

Adamın oğurlanması aprelin 20-dən 21-nə keçən gecə baş verib. Quldurlar ticarət sahəsindəki iş adamı Salayevdən 30 milyon rubl istəyiblər. Oğurlanmış Salayevi qəbiristanlığın yaxınlığında qazdıqları xəndəkdə basdırıblar. Canilər Salayevin kiçik qardaşı İsmayılla əlaqə yaradaraq ondan 1,2 milyon rubl, BMW 535 markalı avtomobil tələb ediblər və bunun qarşılığında qardaşının yerini deyiblər.


Salayevi taparaq xəstəxanaya gətiriblər. Onun başında travma olub və qabırğaları qırılıb. Hazırda zərərçəkmiş evindədir və həyati təhlükəsi qalmayıb. Salayevin oğurlanması ilə bağlı cinayət işi açılıb.

Rusiya KİV-lərinin məlumatına görə, Salayev belə xoşagəlməz tarixə Novruzovdan borc pul alan yaxın qohumunun ucbatından düşüb. Novruzov pulu qaytarmağı tələb edəndə, borclu şəxs həmin məbləği Salayevdən almağı məsləhət bilib. Salayev isə o pulu verməkdən imtina edib.

Novruzov pulun ona qaytarılmasını gözləməyib və borc verdiyi pulları geri almaq üçün radikal və qanunsuz metoda əl atmalı olub. O, bunun üçün Prokladka ləqəbi ilə məşhur olan kriminal avtoritetdən yardım istəyib. Avtoritet Salayevlə əlaqə saxlayaraq onu Novruzovun ofisində görüşə dəvət edib. Salayev ofisə gələndə, onu öz sözləri ilə desək, 50 nəfər silahlı şəxs qarşılayıb. Onlar bəyan ediblər ki, 1,5 milyon rubl borc artaraq 30 milyon olub.

Salayev bu vəsaiti ödəməkdən imtina edib. Onda cinayətkar dəstə onu döyərək yolsuzluq avtomobilinin salonuna atıb və Moskva ətrafına aparıb. Yolüstü onu müşayiət edən dəstə Lüberetsk qəbiristanlığının gözətçisindən bel alıb.

Nekropol yaxınlığında xəndək olub. Salayevi ora tullayaraq üstünü torpaqlayıblar, başını isə çöldə qoyublar. Kommersant bu vəziyyətdə gecədən səhər saat 4-ə qədər qalıb. Bütün bu vaxt ərzində danışıqlar aparılıb. Qurbanın telefonu ilə quldurlar onun qardaşı İsmayıla zəng edərək ondan pul tələb ediblər.

Xəbər lenti
0