BAKI, 9 iyun — Sputnik. Keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşşovun nəvəsi Yuliya Xruşşova Moskvada faciəvi şəkildə ölüb.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, 77 yaşlı qadın “Solneçnaya” stansiyasında “Vnukovo-Moskva” marşrutu üzrə hərəkət edən elektrik qatarının altına düşərək hadisə yerində keçinib.
İnsidentin təfərrüatları açıqlanmır.
Xruşşova Yuliya Leonidovna 1940-cı ildə gələcəkdə SSRİ-nin Sov.İKP MK Birinci katibi olacaq (1953-1964) Nikita Serqeyeviç Xruşşovun oğlu Leonid Xruşşovun ailəsində dünyaya gəlib.