BAKI, 8 iyun — Sputnik. İtaliyada səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, həmkarı Angelino Alfano ilə birgə mətbuat konfransı keçirib. APA-nın "marmaragazetesi.com" saytına istinadən verdiyi məlumata görə, tədbirdə maraqlı anlar yaşanıb.
Belə ki, rusiyalı jurnalistin "Azərbaycanın işğal etdiyiniz bölgəsindən nə zaman çıxacaqsınız" sualı Nalbandyanı qəzəbləndirib. "Bu sualı yazan tərəf üçün üzgünəm, ya redaksiya masanızdan, ya da Bakıdan yazılıb", — deyə o bildirib.
E. Nalbandyan Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin təkliflərini nəzərə almadığını iddia edib.