Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Hər gün ABŞ-dan Rusiya prezidentinin saytına haker hücumları olur

© pixabay / Free-PhotosРабота за компьютером, фото из архива
Работа за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kremlin sözçüsü, ABŞ ərazisindən hər gün Rusiyaya qarşı haker hücumlarının təşkil edildiyini bildirib

BAKI, 8 iyun — Sputnik. ABŞ ərazisindən hər gün Rusiyaya qarşı haker hücumlarının təşkil edildiyi qeydə alınır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözünə görə, hücumların obyekti Rusiya prezidentinin saytı da olur.

Bu haker hücumlarının təşkilində Amerikanın xüsusi xidmət orqanlarının iştirak edib-etmədiyi barədə jurnalistlərin sualına cavabında Peskov deyib: "Mən deyirəm ki, hücumlar ABŞ ərazisindən olur. Mən bunun arxasında rəsmi Vaşinqtonun dayandığı barədə bəyanat verərək ictimaiyyəti özümə güldürmək istəmirəm. İstənilən ölkənin ərazisindən edilən haker hücumlarında həmin ölkənin rəsmi hakimiyyətinin iştirak etdiyini demək olmaz".

Rusiya XİN-dən verilən məlumata görə, Amerikanın xüsusi xidmət orqanları Rusiyanı kütləvi kiberhücumlara məruz qoymaqla təhdid edir. KİV-ə sızdırdıqları bu tip mesajlarla onlar istənilən vaxt Rusiyanın elektron infrastrukturundakı əsas obyektlərə hücum edə biləcəklərinə işarə edirlər.

XİN qeyd edib ki, Rusiyanın elektron infrastrukturuna edilən hücumların 28%-i Amerika ərazisindəndir.

Bununla yanaşı, Moskva dəfələrlə Vaşinqtonu kibercinayətkarlıqla mübarizə məsələlərinə dair ikitərəfli məsləhətləşmələr keçirməyə çağırıb. Lakin Amerika administrasiyası hər dəfə bu görüşlərdən qaçır.

Xəbər lenti
0