BAKI, 8 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin nümayəndə heyəti görüşə gecikən Çin Xalq Respublikasının sədri Si Tszinpini yumorla qarşılayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə kadrı "Komsomolskaya pravda" qəzetinin müxbiri Dmitri Smirnov öz Twitter səhifəsində paylaşıb.
Putin Çin nümayəndə heyətinin gecikməsi səbəbindən görüş masası arxasında tək oturmalı olan Si Tszinpini "Tənha döyüşçü" adlandıraraq gülüb. Qeyd edək ki, Putin bununla eyni adlı Çin filminə işarə edib.
"Один боец": Путин, Си и потерявшаяся китайская делегация в Астане pic.twitter.com/2KEU94ZQpf
— Дмитрий Смирнов (@dimsmirnov175) 8 июня 2017 г.
Xatırladaq ki, mayın 3-də Türkiyə prezidenti ilə danışıqlara başlamazdan əvvəl Rusiya lideri Türkiyə nümayəndə heyətinin protokol tədbirə gecikən nümayəndəsinə eyhamla Rəcəb Tayyib Ərdoğandan zarafatla soruşmuşdu ki, "nədir, səninkilər işləmək istəmir?"
Rusiya prezidentinin özünün də bəzən tədbirlərə gecikmək şakəri var.
O, ötən ilin dekabrında Yaponiyaya bu ölkənin baş naziri Sindzo Abe ilə görüşə planlaşdırıldığı vaxtdan iki saat gec çatmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu dövlət başçısının iş qrafiki ilə əlaqələndirmişdi.
2015-ci ilin 10 iyununda isə Putin Roma Papası Fransiskin görüşünə bir saat gecikmişdi. Kremldə bu gecikməni İtaliya paytaxtının yollarındakı tıxacla izah etmişdilər.