QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Monitorinq baş tutdu

© Photo : Tərtər rayon İcra HakimiyyətiTərtər rayonunda monitorinq. Arxiv şəkli
Tərtər rayonunda monitorinq. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan və Azərbaycan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb

BAKI, 7 iyun — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster həyata keçirib.

Xəbər lenti
0