QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bu oyun vətənpərvərliyi artıracaq

© Sputnik / Murad OrujovПрезентация игры "Под оккупацией. Шуша. Месть"
Презентация игры Под оккупацией. Шуша. Месть - Sputnik Azərbaycan
Abunə olmaq
Oyun Emil adlı əsgərin hekayəsi üzərində qurulub. Vaxtilə işğal olunan Şuşadan köçkün düşən Emil böyüyəndən sonra ora qayıdaraq işğalçılardan qisas almaq qərarına gəlir.

BAKI, 6 iyun — Sputnik. "Şuşa işğal altında. Qisas" oyunu ölkəmizin tarixinin öyrənilməsinə yardım edəcək və gənclərlə yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərəcək.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov "İşğal olunmuş Şuşa" kompüter oyununun yenilənmiş versiyasının təqdimatında bəyan edib. Sözügedən oyun ilk dəfə ölkənin müxtəlif ali məktəblərini təmsil edən tələbələr tərəfindən hazırlanıb.

Nazir ölkə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya istedadlı gənclərin dəstəklənməsinə görə təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycanın hər bir vətəndaşı öz tarixini bilməlidir və müasir dünyada gənclər əsasən kompüter texnologiyaları ilə maraqlandıqlarına görə məlumatı onlara bu yolla çatdırmaq lazımdır.

"Biz həmişə gənc istedadlarımıza dəstək veririk. Onların arasında informasiya texnologiyalarından yaxşı baş çıxaranların sayı çoxdur və onlar hər il bizi öz yeni layihələri ilə sevindirirlər. Onlar bizə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün lazımdırlar" — deyə Rəhimov bildirib.

Nazir əlavə edib ki, hazırda tarixi mövzuda daha bir neçə kompüter oyunu hazırlanır.

© Sputnik / Murad Orujov"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
Şuşa işğal altında. Qisas oyununun təqdimatı - Sputnik Azərbaycan
1/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
© Sputnik / Murad Orujov"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
Şuşa işğal altında. Qisas oyununun təqdimatı - Sputnik Azərbaycan
2/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
© Sputnik / Murad Orujov"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
Şuşa işğal altında. Qisas oyununun təqdimatı - Sputnik Azərbaycan
3/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
© Sputnik / Murad Orujov"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
Şuşa işğal altında. Qisas oyununun təqdimatı - Sputnik Azərbaycan
4/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
© Sputnik / Murad Orujov"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
Şuşa işğal altında. Qisas oyununun təqdimatı - Sputnik Azərbaycan
5/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
© Sputnik / Murad Orujov"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
Şuşa işğal altında. Qisas oyununun təqdimatı - Sputnik Azərbaycan
6/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
© Sputnik / Murad OrujovGənclər və idman naziri Azad Rəhimov
Gənclər və idman naziri Azad Rəhimov - Sputnik Azərbaycan
7/8
Gənclər və idman naziri Azad Rəhimov
© Sputnik / Murad OrujovAilə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova - Sputnik Azərbaycan
8/8
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova
1/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
2/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
3/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
4/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
5/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
6/8
"Şuşa işğal altında. Qisas" oyununun təqdimatı
7/8
Gənclər və idman naziri Azad Rəhimov
8/8
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova

Onun sözlərinə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova dəstək verib. Hüseynova qeyd edib ki, istedadlı uşaqlara həmişə dəstək verməyə hazırdır və oyunun yaradıcısına yaşına baxmayaraq ölkə üçün faydalı iş gördüyünə görə təşəkkür edib.

Sputnik Azərbaycan-a müsahibəsində "Şuşa işğal altında. Qisas" layihəsinin müəllifi, oyunun baş proqramçısı Fərid Haqverdiyev deyib ki, kompüter oyunları yaratmağa tələbəlik illərindən digər tələbə yoldaşları ilə başlayıb. Onun sözlərinə görə, onlar gecə-gündüz işləyərək hər şeyi öz hesablarına yaradıblar və həmin layihələr yüksək səviyyədə olmayıb. 2012-ci ildə özlərinin ilk "İşğal olunmuş Şuşa" oyunlarını yaradıblar. 2013-cü ilə "İşğal olunmuş Ağdam", 2016-cı ildə isə "İki qəhrəman" oyunları yaranıb. Bu il isə ilk layihələrinin "Şuşa işğal altında. Qisas" adlı yenilənmiş versiyası ortaya çıxıb. Haqverdiyevin sözlərinə görə, sonuncudan başqa bütün oyunlar bir çox beynəlxalq festivallarda nümayiş etdirilib və peşəkarlar tərəfindən yüksək qiymətləndirilib.

"Biz oyunu tamamilə dəyişdik. Bütün proqramlaşmanı sıfırdan etdik ki, oyun keyfiyyətli alınsın və müasir tələblərə cavab verərək özünə fanat toplaya bilsin. Oyunda biz Şuşanın işğaldan əvvəl və sonra necə göründüyünü göstərmişik. Həmçinin oyunda bu şəhərin bütün görməli yerləri barədə məlumatı özündə əks etdirən ensiklopediya bölməsi var" — proqramçı bildirib.

Onun sözlərinə görə, onlar bütün səhvləri minimuma endirməyə çalışıblar. Proqramçılar əsas diqqəti qrafikanın təkmilləşdirilməsinə yönəldiblər. Oyun Emil adlı əsgərin hekayəsi üzərində qurulub. Vaxtilə işğal olunan Şuşadan köçkün düşən Emil böyüyəndən sonra ora qayıdaraq işğalçılardan qisas almaq qərarına gəlir. Oyunun əvvəlki versiyasında onu bir nəfər oynaya bilirdisə, indi komanda şəklində oynamaq mümkündür. Həmçinin bəzi parametrlər dəyişib. Hər kəs istəyinə görə səsi, ekranın ölçüsünü, işıqlanmanı və s. seçə bilər. Haqverdiyev vurğulayıb ki, oyunun ilk versiyadan fərqli olaraq iki final var və seçimi oyunçu edir. Oyun Azərbaycan, rus və ingilis dillərindədir.

"Yeni oyunumuz Şuşanın işğalının 25 illiyinə həsr olunub. Məqsədimiz gənclərimizin bu oyundan həzz almaqla yanaşı bu gözəl diyarın görməli yerləri ilə tanış olması idi" — deyə Haqverdiyev bildirib.

O, oyunun hazırlanmasına əziyyəti keçən hər kəsə — proqramçı Rüstəm Pənahova, dizayner Andrey Litvinə, animasiya və effektlərin ustası Timur Əzizova və digərlərinə təşəkkür edib.

Haqverdiyev əlavə edib ki, oyun pulsuzdur və hər kəs onu səhifədən yükləyə bilər.

Xəbər lenti
0