Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Rusiya və İranı hədəfə aldı

© AP Photo / Risto BozovicAnti- Nato mitinq
Anti- Nato mitinq - Sputnik Azərbaycan
Abunə olmaq
Maykl Pens: "Kommunizm 25 ildir ki, çöküb. Ancaq dünya, indi daha təhlükəli olub"

BAKI, 6 iyun — Sputnik. "Rusiya, İran və qlobal terrorizm dünya üçün əsas təhlükədir". Sputnik xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib.

Vaşinqtonda keçirilən Atlantik Şurasının iclasında çıxış edən M. Pens, Amerikanın NATO-dakı müttəfiqlərini bu üç təhlükəyə qarşı qorumağa hazır olduğunu bildirib: "Kommunizm 25 ildir ki, çöküb. Ancaq dünya, indi daha təhlükəli olub".

"Bura Rusiyanın beynəlxalq sərhədləri güc yolu ilə dəyişmək cəhdi, İranın Yaxın Şərqdə sabitliyi pozması və qlobal terror təhlükəsi kimi məsələlər daxildir. Bunların hamısı dünyanın istənilən yerində, istənilən zaman zərbə vura bilər" — Maykl Pens vurğulayıb.

Xəbər lenti
0