BAKI, 5 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir.
Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Qətər ətrafında vəziyyəti müzakirə ediblər.
“Dövlət başçıları Fars körfəzində sülh və sabitliyin qorunması üçün bütün tərəfləri güzəşt əsasında dialoqa çağırıblar” — məlumatda qeyd edilib.
Söhbət zamanı həmçinin vurğulanıb ki, Yaxın Şərqdə yaşanan kəskin böhranın aradan qaldırılması və terror təhdidləri ilə mübarizə beynəlxalq ictimaiyyət sıx təmas və əlaqələndirmə tələb edir. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.