Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ÜAK-ın Rəyasət Heyəti Rusiya rəhbərliyinə müraciət edib

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМосковский Кремль и Кремлевская набережная, на втором плане справа — здание министерства иностранных дел РФ
Московский Кремль и Кремлевская набережная, на втором плане справа — здание министерства иностранных дел РФ - Sputnik Azərbaycan
Abunə olmaq
ÜAK-ın Rəyasət Heyəti Putin və Medvedevə müraciət edib

BAKI, 3 iyun — Sputnik. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rəyasət Heyəti Ümumrusiya Xalq Cəbhəsinin lideri Vladimir Putinə və hakim "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedevə müraciət edib.

APA-nın verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi haqqında çıxardığı qərarla bağlı olan bu müraciət həm də Ümumrusiya Xalq Cəbhəsinin mərkəzi qərargahının həmsədrləri Stanislav Qovoruxinə, Olqa Timofeyevaya da ünvanlanıb.

Müraciətdə deyilir:

"Bu gün əminliklə demək olar ki, Ümumrusiya Azərbaycan Konqresi və onun regional bölmələri onların qarşısındakı vəzifələrin öhdəsindən gələ bilib, müasir Rusiyanın dövlət və milli siyasətində əhəmiyyətli və hamı tərəfindən qəbul edilən əlaqə vasitəsi olub. ÜAK-ın Rəyasət Heyətinin "Vahid Rusiya" partiyası ilə uğurlu əlaqələri yaranıb. Rusiyada prezident və Dövlət Dumasına seçkilərdə Azərbaycan diasporu hakim partiyanı aktiv şəkildə dəstəkləyib, öz səsini Vladimir Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi üçün verib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqressinin Rəyasət Heyətinin üzvləri Ali Məhkəmənin qərarını qeyri-məhsuldar hesab edir. Fikrimizcə, 200 il Rusiya xalqı ilə vahid tarixi-coğrafi məkanda yaşayan xalqın ictimai diaspor təşkilatının ləğvi Azərbaycan diasporu tərəfindən düzgün qəbul edilmir".

ÜAK-ın Rəyasət Heyətinin üzvləri yuxarıda qeyd olunan təşkilatların rəhbərlərindən məsələnin ədalətli həllinə yardım göstərməyi xahiş ediblər.

Xəbər lenti
0