BAKI, 31 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bəzi sanksiyaların ləğvi haqqında sərəncam imzalayıb.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Xəbərə görə, Türkiyədən olan fəhlələrin Rusiyada fəaliyyət göstərən türk şirkətlərində işə götürülməsi ilə bağlı tətbiq edilən sanksiya ləğv olunub.
Həmçinin, Rusiyaya vizasız giriş-çıxış edə biləcək türk vətəndaşların siyahısı genişləndirilib.