BAKI, 30 may — Sputnik. Rusiyanın paytaxtı Moskvada davam edən qasırğa nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Sputnik xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yulya İvanova məlumat verib.
Məlumata əsasən, Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Alınan xəsarətlərdən 13 nəfər ölüb. 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.