Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezident ölkənin iqtisadi inkişafını necə gördüyünü açıqladı

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkənin iqtisadi inkişaf planları aydın və realistik olmalı, hazırkı və gələcək çağırışlara düzgün cavab verməlidir"

BAKI, 30 may — Sputnik. Rusiyanın iqtisadi inkişaf planları realistik olmalı və insanların maraqlarını əks etdirməlidirlər. Sputnik Azərbaycan-ın məlumatına gör, Rusiya prezidenti Vladimir Putin belə bir bəyanatla çıxış edib.

"Ölkənin iqtisadi inkişaf planları aydın və realistik olmalı, hazırkı və gələcək çağırışlara düzgün cavab verməli, insanların maraqlarını və dövlət, işgüzar dairələr, vətəndaş cəmiyyəti institutlarının baxışlarının vəhdətini əks etdirməlidirlər" — deyə dövlət başçısı iqtisadi məsələlərə dair müşavirədə vurğulayıb.

Putin bildirib ki, hökumətin 2017-2025-ci illər üçün fəaliyyət planı ölkə iqtisadiyyatının inkişafının uzunmüddətli strategiyası baxımından əsas sənəddir.

Prezidentin sözlərinə görə, əsas diqqəti işgüzar mühitin yaxşılaşdırılmasına, iqtisadiyyatın rəqabətə davamlılığının artırılmasına, əmək məhsuldarlığının yüksəldilməsinə yönəltmək lazımdır.

Xəbər lenti
0